CBS News telekanalı xəbər verib ki, Tramp administrasiyası diplomatik danışıqlar davam etsə də, İrana qarşı yeni hərbi zərbələr endirmək variantını nəzərdən keçirir.
Məlumata əsasən, cümə günü günortadan sonra məsələ ilə bağlı yekun qərar verilməsə də, ABŞ hərbi və təhlükəsizlik strukturlarında hazırlıq səviyyəsi artırılıb.
Qeyd olunur ki, ABŞ hərbi və kəşfiyyat icmasının bəzi əməkdaşlarının həftəsonu məzuniyyətləri ləğv edilib, müdafiə qurumları isə xarici hərbi bazalar üzrə hazırlıq planlarını yeniləyib.
Ağ Evin sözçüsü Anna Kelli "CBS"-ə açıqlamasında bildirib ki, Tramp İranın nüvə silahı əldə etməsinə və uranı zənginləşdirməsinə icazə verilməyəcəyini dəfələrlə vurğulayıb.
"AzPolitika.info"

Şərhlər