Menu

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

23.05.2026, 15:29
Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərinin Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra “Siyasi repressiya qurbanları” muzeyi ziyarət edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol