Menu

Vuçiç istefa verə biləcəyini bildirib

25.05.2026, 08:59
Vuçiç istefa verə biləcəyini bildirib

Serbiya Prezidenti Aleksandar Vuçiç səlahiyyət müddətinin başa çatmasının yaxınlaşması fonunda istefa verə biləcəyini bildirib.

"N1" telekanalının məlumatına görə, Serbiya lideri bu barədə Çinə səfəri zamanı danışıb.

“Bəlkə də tezliklə istefa verəcəyəm”, - Vuçiç deyib.

Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib.

O, 2022-ci ildə ikinci müddətə yenidən prezident olub.

Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol