Menu

Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar

25.05.2026, 12:50
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar

Kremlin Ermənistana göndərdiyi və parlament seçkilərində Paşinyana qarşı mübarizə aparan erməni milyarder Samvel Karapetyanın partiya ofislərində axtarışlar başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Karapetyana aid “Güclü Ermənistan” partiyasının ofislərində və partiya tərəfdarlarının evlərində axtarışlar aparırlar.

Bununla əlaqədar olaraq, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib ki, axtarışlar komitə tərəfindən seçki rüşvətinin verilməsi və alınması iddiaları ilə bağlı başlanan cinayət istintaqının bir hissəsi kimi aparılır. Beş nəfər saxlanılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol