2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi həcmi 630 milyon 46 min manat təşkil edib.

"AzPolitika" Valyuta.az-a isitinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 68 milyon 766 min manat və ya 12,2% çoxdur.

Regionlar üzrə göstəricilərə baxdıqda ən yüksək iaşə dövriyyəsi Bakı şəhərində qeydə alınıb.

Paytaxtda dövriyyə 451 milyon manatı ötərək illik müqayisədə 51,4 milyon manat artıb.

Aşağıdakı cədvəldə 2026-cı ilin yanvar-mart aylarında iaşə dövriyyəsi ən çox olan şəhər və rayonlar üzrə göstəricilər təqdim olunub.
Şəhər/Rayon 2026 yanvar-mart (min manat) 2025 yanvar-mart (min manat) Fərq Faiz dəyişimi (%)
Bakı şəhəri 451 057,40 399 587,90 51 469,50 12,88
Sumqayıt şəhəri 17 353,50 15 459,90 1 893,60 12,25
Gəncə şəhəri 16 426,10 14 678,40 1 747,70 11,91
Lənkəran rayonu 9 494,80 8 499,70 995,1 11,71
Qusar rayonu 7 912 7 394 518 7,01
Qəbələ rayonu 6 370,10 5 647 723,1 12,81
Bərdə rayonu 6 040 5 380 660 12,27
Abşeron rayonu 4 812 4 125,50 686,5 16,64
Naxçıvan şəhəri 4 706,40 4 297 409,4 9,53
25.05.2026