Almaniyanın xüsusilə hərbi cəhətdən zəifləməsində və digər strateji səhvlərdə ittiham olunan keçmiş kansler Angela Merkel Rusiyanın Ukraynaya qarşı müharibəsilə bağlı “özünəməxsus” poqnozlar verib.

“AzPolitika” xəbər verir ki, “Clash Report”un yayımladığı müsahibədə Merkel Ukraynadakı müharibənin taleyilə ilə bağlı bədbin fikirlər söyləyib. O, Rusiyanın bu ölkəyə qarşı apardığı müharibənin 10 ildən sonra başa çatacağına ümid etdiyini deyib.

O bu proqnozu Almaniyanın təhlükəsizlik siyasəti və Rusiyadan artan təhdidlər fonunda Bundesverdə hərbi xidmətin bərpası ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, müharibə bitdikdən sonra Ukrayna nəhayət özünü müstəqil, azad və suveren bir dövlət kimi təsdiqləyə biləcək: "On ildən sonra Ukraynadakı müharibənin bitəcəyinə və beləliklə, Ukraynanın müstəqil, azad və suveren bir ölkəyə çevriləcəyinə ümid edirəm".

Keçmiş kansler hesab edir ki, Ukraynadakı müharibə bitəndən sonra Almaniyada məcburi hərbi xidmətin bərpasına ehtiyac qalmayacaq.

Qeyd edək ki, məhz 2005-ci ildən 2021-ci ilə qədər 16 il vəzifədə olan Merkel Putin Rusiyasının həm iqtisadi cəhətdən güclənməsi, həm də hərbi-siyasi baxımdan aqressivləşməsi üçün şərait yaradan əsas Avropa liderlərindən sayılır.

Merkel hələ 2008-ci ildə Ukraynanın NATO-ya qəbulunun qarşısının alınmasında, Rusiyanın Ukraynaya qarşı 2022-ci ildən əvvəlki işğal və ilhaq prosesinin “qanuniləşdirilməsinə” gətirib çıxaran Minsk Sazişləri və Normandiya Formatı çərçivəsində diplomatik danışıqlarda əsas fiqur olub.

Tammiqyaslı müharibə başlayandan sonra Merkel hakimyyətdə olduğu müddətdə Rusiya ilə bağlı apardığı siyasətə görə haqlı tənqidlərə məruz qalıb.

“AzPolitika.info”