Menu

“İSRAİL ABŞ-İRAN SAZİŞİNƏ İCAZƏ VERMƏYƏCƏK” – Ben-Qvirdən sərt təhdid

27.05.2026, 21:28
“İSRAİL ABŞ-İRAN SAZİŞİNƏ İCAZƏ VERMƏYƏCƏK” – Ben-Qvirdən sərt təhdid

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, İsrail ABŞ və İran arasında mümkün razılaşmanın əldə olunmasına imkan verməyəcək.

"AzPolitika" RT-yə istinadən xəbər verir ki, nazir belə bir anlaşmanı “pis saziş” adlandıraraq, onun İsrailin təhlükəsizliyinə ciddi təhdid yarada biləcəyini deyib.

Ben-Qvir həmçinin Livana qarşı daha sərt addımlar atılmasına çağırıb. O, Livanın elektrik enerjisinin tamamilə kəsilməsini, Zahrаni bölgəsinə nəzarətin ələ keçirilməsini və genişmiqyaslı hərbi eskalasiyaya qayıdılmasını təklif edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol