İsrail BMT-nin Baş katibi Antonio Quterreşin ofisi ilə əməkdaşlığı dayandırdığını və onun strukturu ilə əlaqə saxlamayacağını bildirib.

Bununla bağlı yayəılan məlumatda  bildirilir ki, qərar, İsrail strukturlarının münaqişə zonalarında cinsi zorakılıqla bağlı BMT hesabatına daxil edilməsi ilə əlaqələndirilir.

İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, İsrail missiyası Quterreşin səlahiyyət müddəti ərzində onun ofisi ilə bütün əlaqələri dayandıracaq. O, BMT-nin qərarını mənəvi qalmaqal adlandırıb və Baş katibin İsraili  terror təşkilatları ilə bir sıraya qoyduğunu bildirib.

Qeyd edək ki, BMT-nin bu qənatə gəlməsinə səbəb İsrailin Qəzza və Livanda törətdiyi qətliamlar, zorakırılıqlar olub. 

"AzPolitika.info"