İsrail Hava Limanları İdarəsi ABŞ ordusuna məxsus yanacaq doldurma təyyarələrinin Tel-Əvivdəki Ben Qurion hava limanında yerləşdirilməsi səbəbindən limanın fəaliyyət imkanlarının ciddi şəkildə məhdudlaşdığını açıqlayıb.
Qurum son iki ay ərzində 248 milyon dollar zərərə uğradığını bildirib.
İdarənin baş direktoru Şaron Kedmi İsrailin Reshet Bet radiosuna açıqlamasında qeyd edib ki, ABŞ-a aid tanker təyyarələrinin İranla bağlı əməliyyatlar üçün hava limanında yerləşdirilməsi səbəbindən hava limanının əməliyyat gücünün yalnız üçdə birindən istifadə olunur.
Kedmi bildirib ki, mövcud vəziyyət artıq hava limanının imkanlarının son həddinə çatmasına səbəb olub:
Onun sözlərinə görə, xarici aviaşirkətlərin yaxın zamanda Ben Qurion hava limanına qayıtması gözlənilmir. Əgər mövcud vəziyyət davam edərsə, yay mövsümündə kütləvi uçuş ləğvləri baş verə bilər və təxminən 3 milyon sərnişin bundan təsirlənə bilər.
Şaron Kedmi hava limanında hazırda onlarla ABŞ tanker təyyarəsinin yerləşdirildiyini xatırladaraq maliyyə vəziyyətinin getdikcə ağırlaşdığını vurğulayıb.
"AzPolitika.info"

Şərhlər