Menu

Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb

29.05.2026, 11:50
Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb

Rumıniya Xarici İşlər Nazirliyi Qalaç şəhərində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsindən sonra Rusiyanın Rumıniyadakı səfirini nazirliyə çağırıb.

APA xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Toiu məlumat verib.

Onun sözlərinə görə, Rumıniya Müdafiə Nazirliyinin əlində pilotsuz uçuş aparatının Rusiyaya məxsus olduğunu göstərən sübutlar var.

Qeyd edək ki, Ukraynanın Odessa vilayəti ilə sərhədə yaxın yerləşən Qalaç şəhərində pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi nəticəsində iki nəfər xəsarət alıb.

Rusiya tərəfi isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol