İran zənginləşdirilmiş uranı Çinə ötürmək variantını nəzərdən keçirir.

Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tehran bu addımı yalnız Pekinin həmin materialı ABŞ-yə verməyəcəyinə zəmanət verəcəyi halda qəbul edə bilər.

Mənbələrin bildirdiyinə görə, İranın nüvə proqramı ilə bağlı davam edən danışıqlarda bir sıra məsələlər üzrə razılıq əldə olunub.

Həmçinin iddia edilir ki, İran nüvə obyektlərinin bağlanmasının qarşısını almaq məqsədilə onların beynəlxalq monitorinqinə razılıq verib. 

"AzPolitika.info"