Menu

Emin Əhmədov 8 kq heroinlə tutuldu - Əməliyyatın detalları

29.05.2026, 12:39
Emin Əhmədov 8 kq heroinlə tutuldu - Əməliyyatın detalları

İrandan Azərbaycana 11 kiloqramdan (kq) çox narkotik gətirməkdə şübhəli bilinən TIR sürücüsü saxlanılıb.

Bu barədə "AzPolitika"ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçiridiyi əməliyyatlar zamanı nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kq heroin və 3 kq-dan çox psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol