Ukraynada faktiki olaraq 56 ölkə Rusiyaya qarşı mübarizə aparır. Onlar dronlar üçün uçuş tapşırıqlarını təmin edirlər. 

“AzPolitika” xəbər verir ki, bunu jurnalistlərə açıqalamasında deyən Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş müdafiə naziri Sergey Şoyqu ölkəsinin Ukraynadakı uğursuzluğunu bununla izah etməyə çalışıb.

"Mən burada Almaniyanı xüsusi ayırmazdım. Çünki ümumilikdə 56 ölkə bizə qarşı faktiki mübarizə aparır", - deyə o, Almaniya və Ukraynanın birgə uzunmənzilli dron istehsalı ilə bağlı suala cavab verərkən bildirib.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bugünkü müasir peyk sistemləri olmadan məlumat ötürülməsini təsəvvür etmək mümkün deyil və bütün bunları Ukrayna üçün təşkil edən ölkələr var: “Bu, təkcə Almaniya deyil, bir çox başqa ölkələr də bu işdə iştirak edib".

Şoyqu həmçinin Ukraynanın döyüş meydanına çevrildiyini bildirib. Lakin bunun kimin başlatdığı müharbə ucbatından baş verdiyini əlbəttə ki, deməyib.

“AzPolitika.info”