Menu

AZƏRBAYCANDA NEÇƏ QARABAĞ VETERANI VAR? - Rəsmi RƏQƏM

30.05.2026, 14:34
AZƏRBAYCANDA NEÇƏ QARABAĞ VETERANI VAR? - Rəsmi RƏQƏM

2026-cı il aprel ayının 1-i vəziyyətinə görə, Azərbaycanda “Müharibə veteranı” statusu olan 183 087 nəfərə aylıq 80 manat Prezident təqaüdü verilir.

"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Müharibə veteranı” adı daşıyanlardan 179 423 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdir (“Qarabağ veteranları”).

80 manat aylıq təqaüd alanların 3 664 nəvəri isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləridir.

Şərhlər

Axmaq 2026-06-04 21:49:08

Ukrayna təcrübəsi qəbul edilsəydi yaxşı olardı

Araz 2026-05-31 15:06:15

Təklif edirəm 80 manat təqaüd ləğv edilsin, kommunal xidmətlərə görə ödənişlərdən və əmək haqqına görə vergi tutlmasından azad edilsinlər.

Ramil Vəliyev Ramiz 2026-05-31 12:14:10

Mən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən aprel döyüşlərində iştirak etmişəm amma veteran statusu ala bilmirəm xahiş edirəm bu şüarı səsləndirərdiniz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol