Məlum olduğu kimi, Rusiyanın seçki öncəsi Ermənistana ünvanladığı təhdidlərdən biri də bu ölkəyə təbbi qaz nəqli ilə bağlıdır. Rusiya açıq şəkildə eyham vurur ki, Ermənistan hakimiyyətinn indiki kursu olduğu kimi qalsa, ona təbii qaz satış qiymətlərini qaldıracaq və Avropa qiymətlərinə çatdıracaq.

“AzPolitika” xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan mediaya açıqalamsında Rusiyadan Ermənistana qaz tədarükünün hazırda normal qrafiklə davam etdiyini deyib.

"Rusiyadan qaz tədarükü normal davam edir. Bu baxımdan heç bir problemli məsələ görmürük. Rusiyadan olan həmkarlarımızla, "Qazprom"dan olan həmkarlarımızla daim əlaqə saxlayırıq və normal işləyirik. İş prosesi normal gedir", - deyə o bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, nazirliyə Rusiya tərəfindən məktub daxil olub və orada bildirilir ki, İrəvan Avropa İttifaqına üzvlük prosesini davam etdirərsə, Moskva 2013-cü ilin dekabrında imzalanmış respublikaya təbii qaz, neft məhsulları və xam almaz tədarükü haqqında müqaviləni birtərəfli qaydada dayandıra və ya ləğv edə bilər.

Bu o deməkdir ki, Rusiyanın Ermənistana təbii qaz nəqli istənilən dayandırıla, yaxud satış şərtləri kəskin şəkildə dəyişə bilər.

“AzPolitika.info”