Yuxarı Qarabağ kanalından meyit tapılıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.

Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.