Menu

ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq

30.05.2026, 20:43
ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq

ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, ölkəsi 2027-ci maliyyə ilinin büdcəsi çərçivəsində ölkənin pilotsuz texnologiyalar sahəsində liderliyini təmin etmək üçün 56 milyard dollar investisiya ayırmağı planlaşdırır.

APA xəbər verir ki, Heqset bunu Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" forumunda bəyan edib.

"Prezident Trampın 2027-ci il büdcəsində dronlar sahəsində üstünlüyün təmin edilməsinə 56 milyard dollar məbləğində investisiyanın qoyulacağını görəcəksiniz", - nazir deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol