Menu

Zəvvarların Bakıya qayıdış tarixləri açıqlandı - RƏSMİ

31.05.2026, 10:18
Zəvvarların Bakıya qayıdış tarixləri açıqlandı - RƏSMİ

Bu il Azərbaycandan Həcc ziyarətinə yollanan 1150 zəvvarın vətənə qayıdış tarixləri məlum olub.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri bildirib ki, zəvvarların Azərbaycana ilk dönüş reysi iyunun 6-da həyata keçiriləcək.

Onun sözlərinə görə, zəvvarlarımızın vətənə son uçuşu iyunun 9-da baş tutacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılmış kvota çərçivəsində ümumilikdə 1150 nəfər müqəddəs ziyarətə yollanıb.(modern.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol