Menu

Britaniyanın xarici işlər naziri Çinə səfər edəcək

31.05.2026, 13:06
Britaniyanın xarici işlər naziri Çinə səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper iyunun 1-dən 3-dək Çinə rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfəri zamanı Kuper Çin-Böyük Britaniya Strateji Dialoqunun 11-ci raundunda iştirak edəcək.

Səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çinin xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol