Menu

Netanyahunun əmri yeni köç dalğası yaratdı - Minlərlə sakin evlərini tərk edir + FOTOLAR

01.06.2026, 13:54
Netanyahunun əmri yeni köç dalğası yaratdı - Minlərlə sakin evlərini tərk edir + FOTOLAR

İsrailin Baş naziri Benyamin Netanyahunun ordusuna Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Dahiyə bölgəsinə hava zərbələri endirmək barədə göstəriş verməsindən sonra ərazi sakinləri yenidən evlərini tərk etməyə başlayıblar.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, yüz minlərlə insanın yaşadığı bölgənin əsas çıxış yollarında sıx nəqliyyat axını yaranıb. Çoxsaylı ailələr Beyrutun nisbətən təhlükəsiz hesab olunan hissələrinə üz tutublar.

Xatırladaq ki, İsrail ordusu martın 2-dən etibarən həyata keçirdiyi əməliyyatlar çərçivəsində Hizbullahın əsas dayaqlarından biri hesab olunan Dahiyəyə intensiv hava zərbələri endirmişdi. Həmin dövrdə minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalmışdı.

Dahiyə Beyrutun ən sıx məskunlaşmış ərazilərindən biri hesab olunur. Bölgəyə Hureyk, Burc əl-Baracnə, Qubeyri və Əl-Mureycə kimi iri yaşayış məhəllələri daxildir.

"AzPolitika.info"



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol