Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10-cu nəvəsi dünyaya gəlib.

Prezidentin qızı Sümeyyə Ərdoğan Bayraktar və kürəkəni Səlcuq Bayraktar üçüncü dəfə valideyn olublar.

Ərdoğan yeni doğulan nəvəsini görmək üçün xəstəxanaya baş çəkib. Dövlət başçısı burada qızı və körpənin səhhəti ilə maraqlanıb, ailəni təbrik edib.

Xəstəxana ziyarətində prezidentin həyat yoldaşı Əminə Ərdoğan da iştirak edib.

Qeyd edək ki, Sümeyyə Ərdoğan Bayraktar və Səlcuq Bayraktar ailəsinin ilk övladı 2017-ci ildə, ikinci övladı isə 2024-cü ildə dünyaya gəlib. Yeni doğulan körpə cütlüyün üçüncü övladı, Prezident Ərdoğanın isə 10-cu nəvəsidir.

"AzPolitika.info"