Menu

“Heç nəyimiz olmasa belə ABŞ ilə mübarizəyə davam edəcəyik” - İran rəsmisi

02.06.2026, 14:43
“Heç nəyimiz olmasa belə ABŞ ilə mübarizəyə davam edəcəyik” - İran rəsmisi

SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının müfəttiş müavini Məhəmməd Cəfər Əsədi ABŞ ilə bağlı sərt açıqlama verib.

O bildirib ki, İranın heç bir resursa sahib olmasa belə, ABŞ-yə qarşı mübarizəni davam etdirəcək və “təslim olmayacaq”.

“Mesajımız budur ki, heç nəyimiz olmasa belə, Amerikaya qarşı mübarizəyə davam edəcəyik, çünki biz təslim olanlardan deyilik”, – Əsədi deyib.

O əlavə edib ki, İranın hələ bütün imkanları və “kozırları” ortaya qoyulmayıb.

Əsədi bildirib ki, ABŞ İslam Respublikasının tam təslim olmasını istəyir, lakin bu baş verməyəcəyi təqdirdə qarşıdurmanın davam edəcəyi qaçılmazdır. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol