Menu

Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb

02.06.2026, 15:52
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb

Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası “Güclü Ermənistan” alyansının lideri və Baş nazirliyə namizəd, iş adamı Samvel Karapetyana qarşı iş açıb.

“Verelq.am” xəbər verir ki, komissiyanın məlumatına görə, Karapetyan əmlak və gəlirləri ilə bağlı bəyannaməni təqdim etməyib.

Bildirilib ki, bu səbəbdən onun barəsində müvafiq iş açılıb. /"Apa"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol