Menu

Mərkəzi Bankın rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

02.06.2026, 16:14
Mərkəzi Bankın rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 3,912 milyon manat təşkil edib.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 44,8 % çoxdur.

AMB 1992-ci ildə Milli Bank adı ilə yaradılıb, "Konstitusiyaya əlavə və dəyişiklik edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar adı dəyişdirilib.

Şərhlər

Bəhram 2026-06-04 11:24:19

Heç bir kənar təklifi qəbul etməyən AMB Rəhbərliyi bu müdhiş gəlir-qazanc təcrübəsini digər sahələrlə bölüşsə əksəriyyət yüksəlişə-tərəqqiyə nail ola bilərdi?

Təqaüdçü 2026-06-02 21:40:15

Niyə? Bəs təqaüdçülər,qazilər,şəhid ailələri bu ölkənin vətəndaşı deyillər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol