Menu

Neftlə bağlı narahatlıq qiymətləri yenidən qaldırır

03.06.2026, 09:01
Neftlə bağlı narahatlıq qiymətləri yenidən qaldırır

Bu gün dünya bazarlarında neft 97 dollar həddini keçib.

"AzPolitika" xəbər verir ki, Nyu-York birjasında WTI markalı neftin qiyməti 1,30 faiz artaraq bir barel üçün 94,98 dollara çatıb.

London birjasında isə Brent markalı neft 97,09 dollara qalxıb ki, bu da 1,14 faiz artım deməkdir.

Qiymətlərdəki bu sıçrayışa əsas səbəb ABŞ və İran arasındakı gərginliyin yenidən artmasıdır. Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklər davam edir və investorlar təklifin məhdudlaşa biləcəyindən ciddi narahatdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol