Menu

"Ukraynanın Sankt-Peterburqa zərbə endirməsinə cavab sistemli olacaq" - Kreml

03.06.2026, 13:48
"Ukraynanın Sankt-Peterburqa zərbə endirməsinə cavab sistemli olacaq" - Kreml

Rusiyanın Ukraynanın Sankt-Peterburqa zərbə endirməsinə cavabı sistemli olacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını xatırladıb. Peskov vurğulayıb ki, həmin bəyanatda Moskvanın cavab tədbirlərinin sistemli xarakter daşıdığı qeyd olunub.

Rusiya Prezidentinin mətbuat katibi konkret Ukrayna dronlarının Peterburqa PUA zərbəsi haqqında məlumatı şərh etməyin regional hakimiyyət orqanlarının və Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu bildirib.

Xatırladaq ki, bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fəaliyyətə başlayır. Forumun ilk günündə Ukrayna şəhərə və Leninqrad vilayətinə dron hücumu həyata keçirib.

Sankt-Peterburq neft terminalı və Kronştaddakı liman infrastrukturu vurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol