ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı danışıqlara dair yeni açıqlamalar verib. 

O bildirib ki, Tehranın nüvə silahına sahib olmamaq mövqeyini qəbul etdiyini düşünür.

Podkast çıxışı zamanı danışan Tramp İranla aparılan danışıqlarda ölkənin ali rəhbəri kimi təqdim olunan Müctəba Xameneinin də iştirak etdiyini iddia edib. ABŞ liderinin sözlərinə görə, Xamanei danışıqlara razılıq verib və gələcəkdə onunla birbaşa görüş ehtimalı da mövcuddur.

“Yəqin ki, nə vaxtsa İranın ayətullahı (Müctəba Xamenei) ilə görüşə bilərəm. O, danışıqlarda iştirak edir, ona çox hörmət edirlər”, - o bildirib.

Tramp həmçinin ABŞ iqtisadiyyatına da toxunaraq bildirib ki, ölkədə inflyasiya yüksək səviyyədə deyil. Onun fikrincə, İranla bağlı münaqişənin tam başa çatmasından sonra enerji qiymətlərində də eniş müşahidə oluna bilər.

"AzPolitika.info"