Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun parlament seçkilərindən sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.
“AzPolitika” xəbər verir ki, Paşinyan bunu seçicilərlə görüşündə açıqlayıb.
Erməni mediasının yazdığına görə, Paşinyan deyib ki, iyunun 1-də Putinlə telefon danışığı zamanı müxtəlif məsələləri müzakirə ediblər və digər məsələlərlə yanaşı, növbəti görüş barədə razılığa gəliblər.
"Rusiya Prezidenti ilə telefon danışığı zamanı seçkilərdən sonra Rusiya Federasiyasına səfərim, (Putinlə) görüşməyimiz və bütün cari məsələləri həll etməmiz barədə razılığa gəldik", - Paşinyan bildirib.
Xatırladaq ki, Putinlə Paşinyan arasında 1 iyunda baş tutan telefon danışğında Rusiya başçısı onu ad günü münasibətilə təbrik etdikdən sonra Rusiya Ermənistandan idxal olunan əksər kənd təsərrüfatı məhsullarına qadağa qoyub.
“AzPolitika.info”

Şərhlər