Azərbaycan Mərkəzi Bankının 2025-ci il üzrə maliyyə hesabatına əsasən, qurumun bir sıra inzibati və əməliyyat xərclərində artım qeydə alınıb.
"AzPolitika" Valyuta.az-a istinadən xəbər verir ki, işçilər üzrə xərclər 2024-cü ildəki 45 milyon 242 min manatdan 2025-ci ildə 56 milyon 395 min manata yüksəlib.
Beləliklə, bu istiqamətdə xərclər 11 milyon 153 min manat və ya 24,7% artıb.
Tikili və avadanlıqlar üzrə köhnəlmə xərcləri də artım göstərib. Bu xərc maddəsi bir il əvvəlki 13 milyon 336 min manatdan 17 milyon 347 min manata çatıb. Nəticədə, artım 4 milyon 11 min manat və ya 30,1% təşkil edib.
Hesabat dövründə ezamiyyə xərcləri də 132 min manat və ya 14,7% artıb. Ezamiyyə xərcləri 895 min manatdan 1 milyon 27 min manata yüksəlib.
Tədbirlər və nümayəndəlik xərcləri üzrə də yüksəliş müşahidə olunub. Belə ki, sözügedən xərclər 405 min manatdan 575 min manata çataraq 170 min manat və ya 42% artıb.

Şərhlər