Menu

İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib

03.06.2026, 23:54
İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) Oman körfəzində İslam Respublikasının ərazi sularını keçməyə cəhd edən Amerika esminesinə hücum edib.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran HDQ-nin mətbuat xidmətindən bildirilib.

"Bir neçə saat əvvəl İranın Hərbi Dəniz Qüvvələri aşkarlayıb müəyyən etdikdən dərhal sonra Oman körfəzində İranın ərazi sularına yaxınlaşmaq niyyətində olan Amerika esminesində yerləşən komandanlıq və idarəetmə mərkəzinə zərbə endirib", - bəyanatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol