ABŞ və İran arasında gərginliyin azaldılmasını nəzərdə tutan dörd mərhələli razılaşma üzrə yaxınlaşma qeydə alınıb.
"AzPolitika" xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.
Məlumatda sözügedən mərhələlər belə qeyd olunub:
I mərhələ: Hərbi əməliyyatların dayandırılması və regionda gərginliyin azalması, yeni cəbhələrin açılmasının qarşısının alınması;
II mərhələ: Dəniz təhlükəsizliyi məsələləri – Hörmüz boğazında gəmiçiliyin bərpası və enerji marşrutlarının qorunması;
III mərhələ: İqtisadi etimad tədbirləri – sanksiyaların qismən yumşaldılması, dondurulmuş aktivlərin bir hissəsinin azad edilməsi və neft ixracına imkanların artırılması;
IV mərhələ: Nüvə proqramı üzrə ən mürəkkəb mərhələ – uranın zənginləşdirilməsi, beynəlxalq monitorinq və regional təhlükəsizlik mexanizmlərinin yenidən nəzərdən keçirilməsi.
"AzPolitika.info"

Şərhlər