Menu

"Xameneyi öldüyü anda, onun ofisində idim" - Əraqçı

04.06.2026, 16:31
"Xameneyi öldüyü anda, onun ofisində idim" - Əraqçı

İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Məyadin” telekanalına müsahibəsində ölkənin ali rəhbəri Əli Xameneyinin ofisinin müharibə dövründə hədəfə alınması ilə bağlı məqamları açıqlayıb.

Əraqçının sözlərinə görə, o, Cenevrədə keçirilən danışıqlardan qayıtdıqdan sonra şənbə günü səhər saatlarında ali rəhbərə hesabat təqdim etmək üçün onun ofisinə gedib.

Nazir bildirib ki, hesabat əsasən danışıqların nəticələri və bölgədə müharibə ehtimalını artıran vəziyyətlə bağlı olub.

Əraqçı deyib ki, görüş zamanı yerləşdikləri bina hücuma məruz qalıb. Onun sözlərinə görə, zərbə binaya dəysə də, olduqları hissə zərər görməyib.

“İlk düşündüyüm məsələ ali rəhbərin vəziyyətinin necə olacağı idi. Normal iş qaydasına əsasən, onun həmin vaxt öz ofisində olması gözlənilirdi”, – deyə İranın xarici işlər naziri bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol