Menu

Si Cinpin KXDR-ə dövlət səfəri edəcək

05.06.2026, 09:03
Si Cinpin KXDR-ə dövlət səfəri edəcək

Çin Sədri Si Cinpin 8-9 iyunda Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri edəcək.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin bəyanatına istinadən məlumat yayıb.

"Koreya Əmək Partiyasının Baş katibi və Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Sədri Kim Çen Inın dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Çin Xalq Respublikasının Sədri Si Cinpin iyunun 8-dən 9-dək Koreya Xalq Demokratik Respublikasına dövlət səfəri edəcək", - bəyanatda deyilir.

Qarşıdakı səfərin təfərrüatları və gündəliyi hələ açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol