Menu

"Rusiya İran böhranının həllinə kömək edə bilər" - Putin

05.06.2026, 10:20
"Rusiya İran böhranının həllinə kömək edə bilər" - Putin

“Moskva İslam Respublikası ilə etimada əsaslanan münasibətləri sayəsində İran böhranının həllində rol oynaya bilər”.

Bunu Rusiya Prezidenti Vladimir Putin cümə axşamı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq media qurumlarının rəhbərləri ilə görüşündə deyib.

Putin İslam Respublikasının nüvə proqramı ətrafında yaranan son gərginlik və İranla bağlı regional münaqişə başlayandan bəri ixtilafların diplomatik yolla nizamlanmasının vacibliyini vurğulayıb.

Tehranın əsas tərəfdaşlarından biri hesab olunan Moskva, bundan əvvəl də İranla bağlı bəzi məsələlərdə vasitəçilik etməyə hazır olduğunu bəyan etmişdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol