Birləşmiş Ştatlar “Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini, o cümlədən Ermənistanın öz xarici siyasətini və tərəfdaşlıq əlaqələrini sərbəst şəkildə müəyyən etmək hüququnu” tam dəstəkləyir. 

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü keçirdiyi brifinqdə bəyan edib.

İyunun 7-nə təyin edilmiş seçkilərdə kənardan mümkün müdaxilələr barədə yayılan məlumatlar və amerikalı qanunvericilərin xəbərdarlıqları ilə bağlı sualları cavablandıran Dövlət Departamenti xüsusi olaraq vurğulayıb ki, Ermənistanın siyasi gələcəyini yalnız və yalnız Ermənistan Respublikasının vətəndaşları müəyyən etməlidir.

“Biz Ermənistanın daxili siyasi proseslərinə xarici müdaxilə cəhdləri barədə mediada gedən xəbərlərdən məlumatlıyıq. Ermənistan xalqı öz rəhbərliyini seçmək və öz gələcəyini qurmaq hüququna malikdir”, - deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

“AzPolitika.info”