Rusiya rublunun ilin sonuna qədər ucuzlaşması gözlənilir.

“AzPolitika” xəbər verir ki, “Sberbank”-ın baş direktoru Qerman Qref dolların məzənnəsinin 2026-cı ilin sonuna qədər 84-85 rubla çatacağını gözləyir. Lakin hesab edir ki, buna baxmayaraq, bank əmanətləri hazırda ən gəlirli investisiya olaraq qalır.

Sankt-Peterburq İqtisadi Forumunda danışan Qref rublla bağlı proqnozlarını bölüşərkən deyib: "İlin sonu üçün hazırkı proqnozumuz təxminən 84-85 rubldur. Lakin bu proqnoz, əlbəttə ki, bütün mümkün halları nəzərə almır".

O, özəl investorlara öz vəsaitlərini depozitlərə yerləşdirməyi məsləhət görüb. Onun sözlərinə görə, hazırkı vəziyyətdə bank əmanətləri uzunmüddətli perspektivdə ən gəlirli alətdir.

"Paradoksal olaraq, faiz dərəcələri düşsə də, depozitlər bu gün də ən gəlirli alətdir", - deyə “Sberbank”-ın baş direktoru bildirib.

Mərkəzi Bankın məlumatına görə, may ayının üçüncü ongünlüyündə Rusiyanın ən yaxşı 10 bankında əmanətlər üzrə orta maksimum faiz dərəcəsi illik 12,97% təşkil edib. Bu rəqəm 2023-cü ilin oktyabr ayından bəri ilk dəfə 13%-dən aşağı düşüb.

Qeyd edək ki, hazırda 1 ABŞ dollarının məzənnəsi təxminən 76 rubldur.

“AzPolitika.info”