Menu

“Bu iddialar dezinformasiya xarakteri daşıyır” - MEDİA

05.06.2026, 20:27
“Bu iddialar dezinformasiya xarakteri daşıyır” - MEDİA

“5 iyun 2026-cı il tarixində “middleeasteye.net” və “haaretz.com” informasiya resurslarında yayımlanan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar heç bir fakta istinad etmədən tirajlanan kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır”.

“AzPolitika" xəbər verir ki, bu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada qeyd edilib.

Bildirilir ki, həmin iddialar beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol