Macarıstan hökuməti Ermənistan, Gürcüstan və Filippin vətəndaşlarına işçi vizalarının verilməsini tamamilə dayandırır. Bu qərar artıq rəsmən qüvvəyə minib.

"AzPolitika" xəbər verir ki, bu barədə nüfuzlu "Reuters" informasiya agentliyi məlumat yayıb.

Macarıstanın yeni təyin olunmuş hökumətinin qəbul etdiyi bu kəskin qərar bu gündən etibarən icra olunmağa başlayıb.

Hökumət sözçüsü jurnalistlərə açıqlamasında qərarın səbəbini belə izah edib: “Bu, iş tapmaq məqsədilə Macarıstana gələn xarici vətəndaşların axınını tənzimləmək və daxili əmək bazarını qorumaq üçün atılan ilk addımdır”.

Qeyd edək ki, indiyə qədər Macarıstan rəhbərliyi Ermənistan, Gürcüstan və Filippin vətəndaşları üçün işçi vizalarını sadələşdirilmiş qaydada təqdim edirdi. Bu gündən etibarən isə qeyd olunan ölkələrin vətəndaşları üçün Macarıstanda leqal işləmək imkanları dondurulub.

"AzPolitika.info"