Menu

İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb - Tramp

06.06.2026, 08:14
İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb -  Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonun hərbi əməliyyatları başlamazdan əvvəl malik olduğu raket arsenalının təxminən 21-22 faizini hələ də saxlayır.

APA xəbər verir ki, Tramp bunu "NBC News"a müsahibəsində bildirib.

“Onların hələ də müəyyən sayda raketi və pilotsuz uçuş aparatı var. Faizlə ifadə etsək, təxminən 21-22 faiz raket ehtiyatları qalıb. Bu, yenə də kifayət qədər çox raketdir, lakin ilk zərbələr zamanı malik olduqları qədər deyil”, - deyə

ABŞ lideri İranın hərbi potensialının əhəmiyyətli hissəsinin zərərsizləşdirildiyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol