Martın 2-də hərbi eskalasiya başlayandan bəri İsrailin aviazərbələri nəticəsində Livanda ölənlərin sayı 3 593-ə, yaralıların sayı isə 10 990-a çatıb.
"Report" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələrinin şənbə günü Livanın cənubundakı Nəbatiyə əyalətinə və Qərbi Beka bölgəsinə endirdiyi zərbələr nəticəsində bir sutka ərzində 35 nəfər ölüb və 120 nəfər yaralanıb", - qurumdan bildirilib.
Qeyd olunub ki, elan edilmiş atəşkəsə baxmayaraq, yaşayış məntəqələrinin bombardmanı davam edir, buna görə də günün sonunadək qurbanların və zərərçəkənlərin sayı arta bilər.

Şərhlər