Menu

Azərbaycanın U-21 millisi yoldaşlıq görüşündə Bəhreyni məğlub edib

06.06.2026, 20:33
Azərbaycanın U-21 millisi yoldaşlıq görüşündə Bəhreyni məğlub edib

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.

"Report"un məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşıb.

Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol