Azov dənizində dron hücumu nəticəsində zərər görən yük gəmilərindən birinin kapitanı Xaçmaz sakini 45 yaşlı Fuad Orucov olub.
“AzPolitika” xəbər verir ki, onun ailə üzvləri "Baku TV"-yə danışıblar.
Məlumata görə, Fuad Orucov 20 ildən çox dənizçi fəaliyyəti ilə məşğul olub.
“Neçə ilin kapitanı idi.Hər kəsi xilas etdi, amma özünü xilas edən olmadı...Dörd balası var. Dörd övladı evdə onun yolunu gözləyir”, - deyə mərhumun xanımı bildirib.
“Son danışığımızda dedim ki, bilirsən, biraz nasazam. Həyatın işini bilmək olmaz. Birdən gələn zənginə kimi çatmadım. Atayam. Ola bilər xətrinə dəymişəm, məni bağışla, bala”, - kapitanın atası əlavə edib.
Qeyd edək ki, iyunun 5-nə keçən gecə Azov dənizində “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumu edilib. Hadisə nəticəsində 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olub.

Şərhlər