Menu

Azərbaycan vətandaşı Rusiya-Ukrayna savaşında həlak oldu - 5 uşaq atasıdır + FOTO

08.06.2026, 17:03
Azərbaycan vətandaşı Rusiya-Ukrayna savaşında həlak oldu - 5 uşaq atasıdır + FOTO

Rusiya-Ukrayna savaşında iştirak edən 5 uşaq atası Azərbaycan vətəndaşı olan Vaqif Qazı oğlu Qəhrəmanov həlak olub.

"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Astara rayonunun Siyəkəran kənd sakini V. Qəhrəmanov Rusiya ordusunun tərkibində döyüşürmüş.

Bir müddətdir itkin düşmüş şəxs kimi axtarışda olan V. Qəhrəmanovun nəşi tapılıb.

Mərhumun nəşinin yaxın günlərdə dəfn olunmaq üçün vətənə gətiriləcəyi gözlənilir.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol