Ukrayna Rusiyanın “Şahed” PUA-larını süni intellekt texnologiyalarından istifadə etməklə vuran yeni dronları uğurla sınaqdan keçirib. 

“AzPolitika” xəbər verir ki, Ukraynanın Müdafiə naziri Mixail Fyodorov Xarkov vilayətində düşmən “Şahed”-lərinin avtonom dronlarla ələ keçirilməsini əks etdirən videonu “Telegram”da paylaşıb.

"Operator proqram təminatında hədəf seçir, bir kliklə dron “Şahed”i tutmaq üçün uçur. Dron yaxınlaşdıqca süni intellekt avtomatik olaraq onu tanıyır və düşmən hədəfinə yönəldir", - deyə müdafiə naziri bildirib.

Fedorov əlavə edib ki, yeni nəsil dronların istehsalı artıq genişləndirilir. O deyib ki, Ukrayna mütəxəssisləri dronların buraxılışından “Şahed”in məhv edilməsinə qədər bütün prosesin 95%-ni avtomatlaşdıran texnologiya yaradıblar. Bu prosesdə insanın iştirakı minmuma endirilir.

Onun sözlərinə görə, operator hədəfin hərəkətini real vaxt rejimində görür, hədəf seçir və hücum əmrini verir. Daha sonra sistem dronu müstəqil şəkildə hədəfə yönəldir, “Şahed”i tanıyır və məhv edir.

“AzPolitika.info”