Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəyə yola salınıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların iyunun 9-da günorta radələrində ölkəmizə çatmaları gözlənilir” -deyə, məlumatda bildirilib.
Bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb: “Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan 2 vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”.
Onların bu gün günorta radələrində Azərbaycana çatmaları gözlənilir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Şərhlər