2025-ci ildə gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 6 milyard 369,9 milyon manat məbləğində vəsait daxil olub.
APA xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik Hesabatı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu göstərici 6 milyard 600 milyon manat proqnoza qarşı 230,1 milyon manat və ya 3,5 faiz, 2024-cü illə müqayisədə isə 278,8 milyon manat və ya 4,2 faiz azdır.
Hesabat ilində daxilolmaların proqnozdan geri qalmasının əsas səbəbi kimi idxal həcminin azalması göstərilib. Belə ki, idxalın həcmi proqnozla müqayisədə 306,2 milyon ABŞ dolları və ya 1,7 faiz az olub.
Bununla yanaşı, əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan idxalın həcmi də azalıb. Hesabata əsasən, ƏDV-yə cəlb olunan idxalın 1 milyard 315 milyon ABŞ dolları və ya cəmi idxalda xüsusi çəkisinin 6,0 faiz bənd, 2024-cü illə müqayisədə isə əlavə dəyər vergisinə cəlb olunan idxalın həcminin 333,5 milyon ABŞ dolları və ya cəmi idxalda xüsusi çəkisinin 3,3 faiz bənd az olması gömrük daxilolmalarının proqnozdan geri qalmasına səbəb olub.

Şərhlər