ABŞ lideri Donald Tramp Çaqos adalarının birbaşa satın alınması variantını nəzərdən keçirir.

"AzPolitika" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun əsas məqsədi adalarda yerləşən strateji əhəmiyyətli Dieqo Qarsiya hərbi bazasına nəzarəti tam şəkildə təmin etməkdir. İddialara görə, Tramp administrasiyası bu yolla həm Britaniya rəsmilərinin prosesdəki rolunu minimuma endirmək, həm də bazanın gələcək statusunu birbaşa nəzarətdə saxlamaq niyyətindədir.

Məlumatda qeyd olunur ki, bu planın reallaşması üçün adaların əvvəlcə müstəqil hüquqi status əldə etməsi və ABŞ-nin satınalma danışıqlarını birbaşa Mavriki ilə aparması tələb olunur.

Qərb mənbələri Mavrikinin Çinlə yaxın münasibətlərə malik olduğunu vurğulayaraq, adaların bu ölkənin nəzarətinə keçəcəyi halda bölgədə casusluq fəaliyyətləri ilə bağlı risklərin yarana biləcəyindən narahatlıqların mövcud olduğunu bildirirlər.

"AzPolitika.info"