ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı vasitəçiliyə fasilə verib
APA xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ancaq amerikalılar həm Moskva, həm də Kiyevlə əlaqələrini davam etdirir: “Ukrayna üzrə vasitəçilik prosesinə fasilə verilib, eyni zamanda, amerikalı danışıqçılar təmasları davam etdirir. Mövcud kanallar vasitəsilə bizimlə və ukraynalılarla əlaqə davam edir”.
Peskov qeyd edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerin Rusiyaya səfəri ilə bağlı hələlik dəqiq bir tarix yoxdur.
“Təbii ki, istənilən an onları burada, Rusiyada görməkdən məmnun olacağıq”, - Kreml rəsmisi əlavə edib.

Şərhlər