"40 ildən artıqdır davam edən terrorla mübarizəmizi də məhz bu anlayışla davam etdirdik. Bütün bunları həyata keçirərkən tarix və əziz millətimizin şahidliyi ilə ağır bədəllər ödədik, böyük mübarizələr apardıq və çox mühüm nailiyyətlər əldə etdik".

"AzPolitika" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Konfransının açılış mərasimində çıxış edərkən deyib.

"Terror təşkilatlarına qarşı çoxşaxəli mübarizə apararkən, digər tərəfdən sərhədlərimizdən kənarda həyata keçirdiyimiz əməliyyatlarla ölkəmizin cənub sərhədləri boyunca təhlükəsizlik xətti formalaşdırdıq. İraq və Suriya əməliyyatlarımız ölkəmizin üzərinə qoyulmuş maneələri aradan qaldıraraq təhlükəsizlik paradiqmamızda yeni bir dövrün başlanğıcını qoydu. Türkiyə başqalarının ssenarilərində özünə rol verilən bir ölkə deyil, öz hekayəsini yazan, öz gələcəyini formalaşdıran və bölgəsində oyunqurucu aktora çevrilən bir dövlət olduğunu dostuna da, düşməninə də göstərdi",-deyə Ərdoğan bildirib.

Ərdoğan daha sonra sözlərinə belə davam edib:"Qardaşlarım, biz özünü əsgər millət kimi xarakterizə edən bir kimliyə və belə bir mədəniyyətə sahibik. Təhlükəsizlik xüsusilə millətimiz üçün ehtiyaclar iyerarxiyasında ilk sırada dayanır. Biz çox yaxşı bilirik ki, müdafiəmizi zəiflətdiyimiz, arxayınlığa qapıldığımız anda bu torpaqlarda bizə yaşamaq haqqı verməzlər. Güclü olmaqdan başqa seçimimiz yoxdur. Çünki biz bölgəmizin təhlükəsizliyini öz təhlükəsizliyimizdən ayrı görməyən, öz rifahı qədər dost və qardaşlarının rifahını da istəyən bir ölkəyik".

"AzPolitika.info"