2026-cı il Dünya Çempionatına hazırlıq çərçivəsində ABŞ-nin Arizona ştatında təlim-məşq toplanışı keçirən Türkiyə milli komandasının düşərgə şəraiti müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə diqqət çəkən məqamlardan biri isə düşərgənin ağac və yaşıllıq olmayan, əsasən quraq və açıq ərazidə yerləşməsi olub.

Arizona yüksək temperaturu ilə tanındığından, futbolçuların belə şəraitdə məşq etməsi ilə bağlı suallar yaranıb. Xüsusilə Dünya Çempionatı kimi uzun və gərgin turnir öncəsi isti hava şəraitində keçiriləcək məşqlərin səmərəliliyi müzakirə mövzusuna çevrilib.

Bir sıra azarkeşlər sosial şəbəkələrdə paylaşdıqları rəylərdə düşərgə ətrafında kölgəlik və yaşıllıq sahələrinin olmamasına diqqət çəkərək, futbolçuların fiziki hazırlığına bunun necə təsir göstərəcəyi ilə maraqlanıblar.

Bununla belə, Türkiyə millisinin məşqçilər korpusu hazırlıq proqramını planlaşdırıldığı qaydada davam etdirir. Bildirilir ki, Arizona toplanışı futbolçuların isti hava şəraitinə uyğunlaşması və fiziki dözümlülüyünün artırılması baxımından vacib mərhələ hesab olunur.

"AzPolitika.info"